Müdafiə Nazirliyi: Təxribata cəhd edən düşmən itki verərək geri çəkilməyə məcbur edilib

Adəm Abbaslı/AZADİNFORM. Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib.

MN-dən Azadinform-a verilən məlumatda bildirilir ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb.

Düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

8.02.2018 12:03 / Baxılıb: 850 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo