Azərbaycanın ilk qida xəbərləri portalı fəaliyyətə başlayıb

Samir Soltanov/AZADİNFORM. Azərbaycanın ilk qida xəbərləri portalı - Foodinfo.az fəaliyyətə başlayıb. 

Azadinform xəbər verir ki, oxucular portalda sağlam və zərərli qidalar, dieta qaydaları, marketlər, marketlərdən ideal alış-veriş qaydaları, restoranlar, keyfiyyətə nəzarət və başqa özəl xəbərlər, məqalələr oxuyacaqlar. Portalda habelə, qida şirkətləri, marketlər şəbəkəsi və s. üzrə müxtəlif reytinq cədvəlləri hazırlanaraq oxuculara təqdim ediləcək.  
Foodinfo.az qida xəbərləri portalının redaktoru jurnalist Orxan Əlidir.

8.02.2018 11:16 / Baxılıb: 275 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo