Los Angeles Times qəzeti 500 milyon dollara satılıb

Samir Soltanov/AZADİNFORM. ABŞ-a məxsus “Los Angeles Times” qəzeti 500 milyon dollara satılıb. 

Azadinform xəbər verir ki, artıq qəzetin yeni sahibinin də adı açıqlanıb. Bildirilir ki, qəzet biotexnologiya milyarderi sayılan Patrick Soon-Shiong tərəfindən alınıb. 
Qeyd edək ki, Patrick Soon-Shiong digər peşəsi isə həkimdir. O, “ABŞ-ın ən varlı həkimi” ləqəbi ilə tanınır. Cənubi Afrikada anadan olan Patrick Soon-Shiongun 8 milyard dollarlıq sərvəti var.
Xatırladaq ki, “Los Angeles Times” qəzeti 136 ildir fəaliyyət göstərir.

8.02.2018 10:45 / Baxılıb: 242 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo