Ajda Pekkan ifritə adlandırdığı sənətçi ilə barışıb

Ləman Hüseynzadə / AZADİNFORM. Ajda Pekkanın “ifritə” adlandırdığı Bülent Ersoy onunla barışıb.

Azadinform xəbər verir ki, barışıq üçün ilk addımı Ajda atıb. Qripdən xəstəxanaya yerləşdirilən Ersoya çiçək göndərən Pekkan münasibətləri normallaşdırmaq istəyib. Daha sonra Bülentə zəng edən müğənni onunla hal-əhval da tutub.

Qeyd edək ki, 2013-cü ildə salam vermədiyi üçün müğənni həmkarı Ajda Pekkandan küsüb. Ajda isə buna cavab olaraq Ersoy haqqında “ifritə” ifadəsini işlədib. Buna görə məhkəməlik olan məşhurlar ortaq dostları – rejissor Ayşe Ersyaın dəfnində də barışmamışdılar.

Məhkəmə Bülent Ersoya 3 min 750 lirə (təxminən 1800 manat) pul cəriməsi verdiyini açıqlamışdı.

7.02.2018 12:56 / Baxılıb: 270 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo