Robert Pattinson müsəlman oldu

Ləman Hüseynzadə / AZADİNFORM. Məşhur aktyor Robert Pattinson müsəlman olub.

Azadinform xəbər verir ki, Robert bu barədə müsahibələrindən birində deyib. 

Aktyor bildirib ki, 2010-cu ildə Los-Ancelesdə gəzərkən bir məscidə girib və bununla da bütün həyatı dəyişib: “Çox müsbət əhvalda və maraq dolu idim. İslam dini haqda araşdırmalar aparıb daha çox öyrənməyə başladım. Məsciddən çıxan kimi ingiliscə bir Quran-i-Kərim alıb oxudum. Öyrəndim ki, əsl həqiqət budur elə! Ancaq işlərimin çoxluğu səbəbindən İslamla bağlı araşdırmalarım yarımçıq qaldı. Ancaq bu mövzu ilə bağlı danışmaq menecerim tərəfindən mənə qadağan edildi. Mən İslama olan marağımı gizlətmək istəmirdim. Bir bazar günü həqiqətən müsəlman olmaq istədiyimə qərar verdim. Yeganə istəyim ailəmin və dostlarımın mənə dəstək olmasıdır”.

Qeyd edək ki, aktyor “Alatoran” filmləri ilə şöhrət qazanıb.

5.02.2018 12:45 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo