Mark Sallingin ölüsü tapıldı

Amerikalı aktyor və musiqiçi Mark Salling Kaliforniya ştatında ölü tapılıb.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı aktyor intihar edib. Onun cəsədi yaşadığı evin yaxınlığındakı çayın kənarında tapılıb.

2015-ci ildə Salling uşaq pornoqrafiyasının saxlanılmasında şübhəli bilinərək həbs edilib. 2017-ci ildə aktyor ittihamları qəbul edərək günahını etiraf edib. İş üzrə hökmün oxunması 2018-ci ilin yaz aylarında nəzərdə tutulmuşdur.

31.01.2018 09:00 / Baxılıb: 242 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo