Gülben Ergen aparıcını həbs etdirdi

Ləman Hüseynzadə / AZADİNFORM. Müğənni, “Duymayan kalmasın” verilişinin aparıcısı Seren Serengil həmkarı Gülben Ergenin boşanması ilə bağlı proqramında onun əleyhinə sözlər işlətdiyi üçün cəzaya məhkum olunub.

Azadinform xəbər verir ki, aparıcı 3 gün həbsdə olacaq.

Məlumata görə, Gülbenin şikayəti əsasında Serengil verilişində onunla bağlı hər hansı açıqlama verməməli, fikir bildirməməli idi. Ancaq Seren həmkarının əleyhinə sözlər işlətməkdə davam etdiyindən məhkəmə qərarı ilə 3 gün həbs yatmalıdır. Onun yerinə verilişi Demet Akalın aparacaq. 

Qeyd edək ki, Seren Gülbeni evli kişiləri yoldan çıxarmaqda ittiham edib və onun əleyhinə qeyri-etik ifadələr səsləndirib.

29.01.2018 11:35 / Baxılıb: 203 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2018
    23.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo