Cənubi Koreya sahillərində batmış balıqçı gəmisi tapılıb

Cənubi Koreya sahillərində Çinə məxsus batmış balıqçı gəmisi aşkar edilib.

Azadinform xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb. Verilən xəbərə görə, gəminin aşkar edilməsindən sonra yerli vaxtla ötən gün saat 23:00-da Cənubi Koreya tərəfi axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Pennyondo adasının sahillərində aşkar batan gəmini hava şəraitinin pis olması səbəbindən quruya çıxarmaq mümkün olmayıb. İndiyədək gəminin nə vaxt və hansı səbəbdən qəzaya uğramasını müəyyənləşdirmək mümkün olmayıb. Xəsarət alanlar və həlak olanlar barədə məlumat daxil olmayıb.

21.01.2018 18:11 / Baxılıb: 200 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo