Paris EKSPO-2025 uğrunda mübarizədən rəsmən imtina etdi

Fransa EKSPO-2025 sərgisini keçirmək uğrunda mübarizədən rəsmən imtina edib.

Azadinform xəbər verir ki, bu barədə məlumatı yerli "Le Monde" nəşri yayıb.

Parisin imtinasından sonra 2025-ci ildə Ümumdünya sərgisinin keçirilməsi uğrunda üç namizəd şəhər – Bakı, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) mübarizəni davam etdirir.

Nəşr məlumatı layihənin iqtisadi modelinin "struktur çatışmazlıqları"nı tənqid edən Fransanın baş naziri Eduar Filippə istinadən yayıb. Filippin sözlərinə görə, Fransa EKSPO-nun keçirilməsi ilə bağlı əlavə maliyyə öhdəliklərini üzərinə götürə bilməz.

Nəşr yazır ki, Fransa 2024-cü il Olimpiadasını qəbul edəcək, ona görə, daha bir beynəlxalq tədbirin keçirilməsi respublika büdcəsi üçün artıq yükdür.

Belə olan halda, Azərbaycanın sərgini keçirmək üçün təqdim etdiyi ərizənin şanslarını daha da artıb.

21.01.2018 15:36 / Baxılıb: 456 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
    15.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo