Bakının 3 qəsəbəsinə içməli su verilişi dayandırılıb

Bakının Xocahəsən, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.

Bu barədə Azadinform-a "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

A.Cəbrayıllının sözlərinə görə, fasilə magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.

Qurum rəsmisi fasilənin yanvarın 22-si günün birinci yarısına qədər davam edəcəyini bildirib.

21.01.2018 14:54 / Baxılıb: 373 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
    15.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo