Suriya ordusu "Nüsra cəbhəsi" terrorçularını mühasirəyə alıb

General Suhelin rəhbərlik etdiyi Suriya ordusu könüllülərlə birgə "Nüsra cəbhəsi" terrorçularını mühasirəyə alıb.

Azadinform xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"İdlib əyalətinin şərq hissəsində "Nüsra cəbhəsi" terror təşkilatının böyük bir dəstəsinin mühasirəsi başa çatıb", — deyə məlumatda bildirilir.

Həmçinin son üç ildə terrorçuların nəzarəti altında olan Əbu-Duhur aerodromu yaraqlılardan təmizlənib.

21.01.2018 12:17 / Baxılıb: 186 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo