Ötən il tütün, qida və içki istehsalında artım olub

AZADİNFORM. Ötən il 2016-cı illə müqayisədə tütün məmulatlarının istehsalında 7,9 faiz, qida məhsullarının istehsalında 1,0 faiz, içki istehsalında isə 17,2 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Azadinform-a bildirilib ki, bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 9,2 faiz, kolbasa məmulatlarının istehsalı 30,4 faiz, duru bitki yağlarının istehsalı 2,4 faiz, marqarin istehsalı 8,6 faiz, cem və marmeladların istehsalı 0,8 faiz, pivə istehsalı 39,7 faiz, alkoqolsuz içkilərin istehsalı 1,0 faiz artıb, qənd və şəkər tozu istehsalı isə 45,5 faiz azalıb.

21.01.2018 11:30 / Baxılıb: 173 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.05.2018
    19.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo