Kabildə otelə hücum edən silahlılar məhv edilib

Əfqanıstanın təhlükəsizlik qüvvələri Kabildə “Intercontinental Hotel” mehmanxanasına hücum edən silahlıları zərərsizləşdirib, mehmanxanadakı bütün qonaqlar və mehmanxana əməkdaşları xilas edilib.

Azadinform-un "Agence France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, Əfqanıstan Daxili İşlər Nazirliyi 41 əcnəbi olmaqla, mehmanxanadakı 126 qonağın və mehmanxana əməkdaşlarının azad edildiyini açıqlayıb.

Əməliyyat zamanı 3 silahlı məhv edilib.

Qeyd edək ki, şənbə günü axşam bir qrup silahlı “Intercontinental Hotel” mehmanxanasına hücum edib. Nəticədə biri əcnəbi olmaqla, 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Intercontinental Hotel” bundan əvvəl 2011-ci ilin iy  ununda hücuma məruz qalıb, 12 nəfər ölüb. 

21.01.2018 11:08 / Baxılıb: 179 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo