Dünyanın ən böyük hava təmizləyicisi işə düşüb

Çinin şimal-qərbindəki Sian şəhərində nəhəng hava təmizləyicisi test rejimində işə düşüb.

Bu barədə Azadinform "South China Morning Post"a istinadən xəbər verir.

Qurğu yüz metrlik qüllə şəklində hazırlanıb. Hava sistemə daxil olduqdan sonra Günəş enerjisi ilə qızdırılmaqla qüllə üzrə yuxarı hərəkət edir və bir çox filtrdən keçir. Sistem ətrafında inşa edilmiş istilik stansiyalarının hesabına fəaliyyət göstərir.

Hava təmizləyicinin yaradıcıları dünyada bunun analoqunun olmadığını iddia edirlər.

Nəşrin yazdığına görə, Sian Çinin ən çirkli şəhərləri sırasında ilk onluqda qərarlaşıb.

20.01.2018 21:09 / Baxılıb: 261 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo