Pentaqon tərəfləri Afrində vəziyyətin gərginləşməsinin qarşısını almağa çağırıb

Türkiyə ordusu və Suriya müxalif qüvvələrinin Afrində terrorçulara qarşı əməliyyata başmasından sonra Pentaqon bölgədə münaqişənin kəskinləşməsinin qarşısını almağa çağırıb.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Erik Paxon deyib.

O, münaqişə tərəflərini İŞİD-i darmadağın etməyə çağırıb. Qeyd edək ki, "Suriya Azadlıq Ordusu" Əsəd hakimiyyətinə, habelə terrorçu PKK-nın bu ölkədəki birləşmələrinə qarşı müxalif mövqedədir.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində hərbi əməliyyatların başlandığını bildirib.

20.01.2018 20:37 / Baxılıb: 256 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
    18.08.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo