Ərdoğan 20 Yanvar şəhidlərini anıb

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan 20 Yanvar 1990-cı ildə Azərbaycanın azadlığı uğrunda şəhid olanları ehtiramla yad edib.

Azadinform "Anadolu" xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti bununla bağlı "Twitter"də paylaşım edib.

"28 il əvvəl Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən 20 Yanvar şəhidlərinin ehtiramla yad edirəm. Azərbaycanlı qardaşlarımızın kədərini paylaşıram. Türkiyə olaraq həmişə Azərbaycanın yanında olacayıq", – deyə o bildirib.

Türkiyə prezidenti paylaşımında Azərbaycan və Türkiyə bayraqlarından və #20Yanvar həştəqindən istifadə edib.

20.01.2018 20:26 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo