Türkiyə hərbi aviasiyası Suriyadakı mövqeləri bombalamağa başlayıb

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb. 

Azadinform-un NTV-yə istinadən verdiyi xəbərə görə, hərbi təyyarələr qabaqcadan müəyyənləşdirilmiş mövqelərə zərbə endirirlər. Hələlik təyyarələrin Suriya hava məkanına keçib-keçmədiyi məlum deyil. Türkiyə ərazisindən də Suriya içərisindəki həmsərhəd ərazilərə zərbə endirmək mümkün olduğu bildirilir. Azad Suriya Ordusu bölmələrinin isə qurudan əməliyyata başladığı xəbər verilir.

Türkiyə ordusunun Baş Qərargahından məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir.

20.01.2018 18:46 / Baxılıb: 228 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo