Özbəkistan qəza ilə bağlı xüsusi komissiya yaradıldı

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qazaxıstanda içərisində bu ölkənin vətəndaşları olan avtobusun yanması və çoxsaylı insan tələfatı ilə bağlı xüsusi hökumət komissiyası yaradıb.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, artıq Özbəkistan Müdafiə Nazirliyinin təyyarəsi Qazaxıstanda avtobus qəzasında həlak olanların nəşini gətirmək üçün Aktobeyə uçub. Təyyarədə Hökumət Komissiyasının üzvləri, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, həkimlər, Xarici İşlər Nazirliyinin əməkdaşları var.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hadisə ilə bağlı Özbəkistanın prezidenti Şavkat Mirziyoyevə başsağlığı verib.

Qeyd edək ki, Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində 52 nəfər ölüb. Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulovun sözlərinə görə, “İkarus” markalı avtobus hərəkətdə olarkən alışıb. Yanan avtobusdan yalnız beş nəfər sağ çıxa bilib.

Hadisə Çimkənt-Samara avtomobil trasında baş verib. Özbəkistandan Rusiyaya gedən avtobusda 54 Özbəkistan və 3 Qazaxıstan vətəndaşı olub. Ölənlərin hamısı Özbəkistan vətəndaşlarıdır.

18.01.2018 23:58 / Baxılıb: 119 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2018
    21.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo