İraq və BP müqavilə imzaladı

İngiltərənin BP şirkəti İraqda İŞİD-in fəaliyyətinə son qoyulmasından sonra bu ölkədən yenidən neft çıxarmağa başlayacaq.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq neft naziri Cabbar Əl-Luaybi və BP təmsilçisi Maykl Taunsend arasında Kərkük şəhərində görüş keçirilib.

Görüş zamanı BP-nin Kərkükdəki neft ərazilərini daha da inkişaf etdirmək üçün razılıq əldə edilib.

Luaybi qeyd edib ki, Kərkük-Ceyhan neft boru kəmərindən neft ixracı üçün İstanbula səfər edəcək və görüşlər keçirəcək.

Taunsend isə açıqlamasında Kərkükdən neft ixracını günlük 750 min barrelə çıxrmağı hədəflədiklərini söyləyib.

Qeyd edək ki, İraq və BP arasında 2013-cü ildə imzalanan müqavilə İŞİD hücumları səbəbindən həyata keçirilməmişdi.

18.01.2018 23:11 / Baxılıb: 126 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.05.2018
    19.05.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo