Vergilər Nazirliyində yeni departament yaradıldı

Vergilər Nazirliyində struktur islahatları davam edir.

Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə nazirlikdə İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamenti yaradılıb.

Yeni departamentə Ülvi Mansurov baş direktor təyin edilib.

Qeyd edək ki, Ü.Mansurov bundan öncə "Azərpoçt" MMC-nin baş direktoru, daha əvvəl isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Xatırladaq ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur. (apa)

18.01.2018 22:32 / Baxılıb: 118 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2018
    21.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo