Göygöldə yol qəzası baş verib, xəsarət alan var

Göygöldə veteranın idarə etdiyi avtomobil qəzaya uğrayıb, xəsarət alan var.

Hadisə Qızılca kəndi ərazisində baş verib.  Gəncə şəhər sakini 1960-cı il təvəllüdlü  Aslanov Cahan Aslan oğlu idarə etdiyi “OKA” markalı avtomobil ilə hərəkətdə olarkən özünü pis edib və maşın başqa nəqliyyat vasitəsinə dəyib.

Xəsarət alan sürücü C.Aslanov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (apa)

18.01.2018 22:17 / Baxılıb: 141 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo