Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.

Azadinform xəbər verir ki, bunu Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Krakovda keçirilən görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb. Bu ideyalar əsasında müzakirələr davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir", - deyə o əlavə edib.

18.01.2018 22:05 / Baxılıb: 188 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo