"Venesuela və ABŞ neft bazarı üçün sürprizdir"

Venesuelada neft hasilatının həcminin kəskin azalması və ABŞ-da şist neft hasilatının həcminin artmaqda davam etməsi 2018-ci ildə neft bazarı üçün sürpriz ola bilər. 

Azadinform xəbər verir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində Abu-Dabidə (BƏƏ) keçirilən energetika forumunda Beynəlxalq Energetika Agentliyinin (IEA) rəhbəri Fatih Birol deyib. 

O, dünyada elektromobillərin sayının artmasının neftə tələbata təsiri barədə suala cava verərək bildirib ki, tələbatı minik avtomobillərindən daha çox aviasiya, dəniz daşımaçılığı, neft-kimya sektoru, yük maşınları formalaşdırır. IEA rəhbəri 30 il əvvəl başlayan "dayanıqlı energetika" müzakirələrinə münasibət də bildirib və deyib ki, 1987-ci ildən karbohidratların qlobal enerji bazarında xüsusi çəkisinin dəyişməyərək 81% qalıb. 

F.Birol IEA-nın son hesabatına istinad edərək xatırladıb ki, 2018-ci ildə neft bazarında sabitlik gözlənilir: "Əgər bazarda vəziyyət ancaq tələb və təklif əsasında müəyyənləşsə, qiymətin 70 dollar/bareldən çox olması gözlənilmir. Venesuela və ABŞ-ın sürprizləri isə müxtəlif yeni ssenarilər yarada bilər".

18.01.2018 21:27 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo