Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında faizlərini sabit saxlayıb.

Azadinform xəbər verir ki, bununla da həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) və gec likvidlik pəncərəsi (GLP) sabit saxlanılıb. 

Qeyd edək ki, əvvəlki iclasda TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağı və yuxarı hədlərini 7,25% və 9,25%-də sabit saxlayıb, GLP-ni isə 0,5 faiz bəndi artıraraq 12,75%-ə çatdırıb.

TCMB yüksək inflyasiyanın yaratdığı makroiqtisadi risklər fonunda sərt monetar siyasəti davam etdirmək niyyətindədir.

TCMB-nin qərarı Türkiyədə dolların məzənnəsinə təsir etməyib və məzənnə 3,79 lirə səviyyəsində sabit qalıb.

18.01.2018 20:37 / Baxılıb: 151 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo