"Kəpəz" Antalyaya yollandı

“Kəpəz” futbol komandası Azərbaycan Premyer Liqasındakı qış fasiləsi dövründə hazırlığın Bakı mərhələsini başa vuraraq Türkiyəyə yollanıb. 

Azadinform-un məlumatına görə, Gəncə klubunun təlim-məşq toplanışının növbəti hissəsi Antalyada olacaq.

“Kəpəz” qonşu ölkədə taktiki və texniki çalışmalar üzərində işləməklə yanaşı, yoxlama oyunları da keçirəcək. Komanda Rumıniya (22 yanvar - “Viitorul” Konstanta), Cənubi Koreya (25 yanvar - “Daejeon Sitizen”), Polşa (28 yanvar - “Yagelloniya”) və Serbiya (31 yanvar - “Spartak” Subotiça) klubları ilə qarşılaşacaq. Antalya toplanışı fevralın 2-də yekunlaşacaq. 

Qeyd edək ki, "Kəpəz"dən əvvəl Azərbaycan Premyer Liqasındakı klublardan "Qəbələ", "Qarabağ" və "Neftçi" də qonşu ölkəyə yollanıb. Həftəsonunadək "Sumqayıt", "Səbail", "Keşlə" və "Zirə" də Bakını tərk edəcək.

18.01.2018 20:08 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo