Moldova MDB-dən çıxa bilər

Arzu Ağayeva/AZADİNFORM. Moldova Parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı qətnamə layihəsini gözdən keçirtmək niyyətindədir. 

Azadinform Rusiya mətbuatına istinadən xəbər verir ki, Moldova Razılaşmasının Müstəqil Dövlətlər Birliyində fəsh edilməsi ilə bağlı qanun layihəsini Liberal Partiyanın deputatları təqdim edib. Qanun layihəsini hazırlayanların fikrincə, Rusiya MDB-nin yaradılması barədə Razılaşmanı dəfələrlə pozub. 

“MDB-yə üzv olmaq Moldovaya heç nə gətirməyib. Bu təşkilatdakı bütün qərarlar Rusiyanın maraqlarına uyğun olaraq alınır” – deyə layihəni açıqlayan məktubda bildirilib.

 

Qanun layihəsinin müəllifləri həmçinin bildiriblər ki, Moldovanın ilk demokratik  parlamenti (1990-1994) MDB-ə üzv olmaqdan imtina edib.
Qeyd edək ki, Moldova prezidenti İqor Dodon Liberalların bu təşəbbüsünü “riskli layihə” adlandırıb.

18.01.2018 18:28 / Baxılıb: 168 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo