Hindistan nüvə raketini sınaqdan keçirib

Arzu Ağayeva/AZADİNFORM. Hindistanda nüvə təhlükəsi olan “Agni-5” adlı qitələrarası ballistik raket sınaqdan uğurla keçib.

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, sınaqlar ölkənin qərbində yerləşən Əbdül Kalam meşəsində aparılıb.

Qeyd edək ki, bu artıq 5-ci uğurlu uçuşdur. İlk belə uçuşların keçirilməsinə 2012-ci ildə başlanılıb.

Məlumatlara görə, “Agni-5” adlı qitələrarası ballistik raketinin ağırlığı 50 tondur.

Qeyd olunub ki, 480 milyon dollara başa gələn raket yalnız nüvə təhlükəsi yarananda istifadə olunmayacaq. Raketdən eyni zamanda peyklərin orbitə göndərilməsində də istifadə olunacaq.

18.01.2018 17:35 / Baxılıb: 155 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo