ABŞ-a inamsızlığımız davam edir Çavuşoğlu

Ləman Hüseynzadə / AZADİNFORM. "ABŞ verdiyi sözə əməl etmədi".

Azadinform xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"ABŞ-ın açıqlamaları bizi tam qane etmədi. Sabah İŞİD adını dəyişdirib terroru davam etdirə bilər", - deyən nazir bildirib ki, İraq ABŞ-ın atdığı yanlış addımlar nəticəsində bu vəziyyətə düşüb: "ABŞ İraqdan çəkilməklə daha böyük yanlışlıq edib. İŞİD İraqda fəaliyyətə başlayıb, Suriyaya keçib və təkrar İraqa qayıdıb. ABŞ-a inamsızlığımız davam edir. ABŞ Rakkadan sonra bizə verdiyi sözə əməl etmədi. Münbiçdə də söz vermişdi. ABŞ-ın keçmiş prezidenti Barak Obama telefonla danışığında bu bölgədən dəstəklədikləri silahlıların "təcili" olaraq çəkiləcəyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana boyun olmuşdu. Ancaq YPG Münbiçdən çəkilmədi. Biz ABŞ-dan konkret addım atmasını gözləyirik".

18.01.2018 17:10 / Baxılıb: 157 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.05.2018
    19.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo