Əfqanıstanda Taliban hücumu nəticəsində 8 nəfər ölüb

Arzu Ağayeva/AZADİNFORM. “Taliban” radikal qruplaşmasının Əfqanıstanın cənubunda törətdiyi terror hadisəsi nəticəsində ən azı 8 polis əməkdaşı həlak olub, 2 nəfər isə yaralanıb.

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis dairələri məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə dünən axşam saatlarında Hilmənd vilayətində baş verib.

Qeyd edək ki, “Taliban” radikal qruplaşması 8 nəfərin ölümünə səbəb olan hücumu öz üzərinə götürüb.

18.01.2018 16:46 / Baxılıb: 153 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo