Türkiyə və Rusiyanın Baş Qərargah rəisləri görüşəcək

Ləman Hüseynzadə / AZADİNFORM. Türkiyənin Baş Qərargah rəisi general Hulusi Akar və MİT Müstəşarı Hakan Fidan Rusiyaya səfər edib.

Azadinform xəbər verir ki, türk rəsmiləri Moskvada Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla görüşəcək.

Məlumata görə, görüş çərçivəsində regional təhlükəsizlik məsələləri, Suriyada baş verən son hadisələr və Astana prosesi müzakirə ediləcək.

18.01.2018 15:26 / Baxılıb: 118 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo