Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb

Eşqin Nuruşov/AZADİNFORM. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə getmək istəyən Rusiya vətəndaşının çantasına gömrük baxışı keçirilib.

Yoxlama zamanı, onun çantasının içərisində və daha sonra əynindəki pencəyinin cibində 2 mln. 200 min Rusiya rublu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

18.01.2018 15:05 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2018
    21.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo