Dəmir yolu nəqliyyatı ilə 14,4 milyon ton yük daşınıb

Samir Soltanov/AZADİNFORM. Dəmir yolu nəqliyyatı ilə 2017-ci ilin yanvar-dekabr ayında 14,4 milyon ton yük, 2,4 milyon sərnişin daşınıb. 

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 7 faiz azalma, sərnişin daşınmasında isə 23,8 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 350 vaqon yüklənib, 422 vaqon isə boşaldılıb. 

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 13,4 min ton, qərb istiqaməti üzrə 5,2 min ton, cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

18.01.2018 14:55 / Baxılıb: 149 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo