Katerlə qayığın toqquşmasından 1 saniyə ilə sağ qaldılar VİDEO

Arzu Ağayeva/AZADİNFORM. Amerikalı balıqçılar katerlə toqquşmağa bir saniyə qalmış özlərini dənizə ata biliblər.

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, hadisə bir neçə ay əvvəl Oreqon ştatında baş verib. 

Kolumbiya çayına balıq tutmağa gedən iki dost qayıqlarının katerlə toqquşma anını da lentə ala biliblər.

Video lentlərdən göründüyü kimi balıqçılar kapitanın onları görməsi üçün müxtəlif hərəkətlər etsələr də bu nəticəsiz qalıb. Çarəsiz qalan balıqçılar özlərini son anda dənizə atır. Bundan yalnız 1 saniyə sonra isə kater qayıqla toqquşur.

Balıqçılar sağ qalsalar da xəsarətlər alıblar. 

Bildirilir ki, kapitandan təzminat almaq üçün məhkəməyə müraciət ediblər. Qanında alkoqol və ya narkotik maddə aşkarlanmayan kapitan isə qəza səbəbinin, kiçik qayığı görə bilməməsinin olduğunu deyib.


18.01.2018 14:32 / Baxılıb: 171 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo