2 qadının telefonunu oğurlayan Sumqayıt sakini saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən şəhər sakini olan qadın yanvarın 8-də mobil telefonunun oğurlandığını bildirib. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxri Ellazgil olması, və həmin gün qohumu olan digər bir qadına qarşı da zor tətbiq edərək mobil telefonunu alması, həmçinin onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

18.01.2018 13:10 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo