Topaz Premyer Liqası UEFA-da ilk 3-lükdə yer alıb

Samir Soltanov/AZADİNFORM. UEFA son 10 ildə Avropa ölkələrinin milli çempionatlarının reytinq cədvəlindəki hərəkət qrafikini açıqlayıb. 

Azadinform qurumun rəsmi saytına istinadən xəbər verir ki, ən böyük irəliləyişə nail olan ölkələr arasında Azərbaycan da var. Ölkə çempionatımız 16 pilləlik sıçrayışla 42-ci sıradan 26-cı pilləyə yüksəlib və bu göstəricidə ilk 3-lükdə yer alıb. 

Ən çox sıçrayış edən isə 21 pillə irəliləyən Belarus olub. İlk 3-lüyü tamamlayan digər ölkə Qazaxıstandır. Onların çempionatı da Topaz Premyer Liqası kimi 16 pilləlik yüksəlişə nail olub. 
İlk 5-likdə isə İspaniya, Almaniya, İngiltərə, İtaliya və Fransa qərarlaşıb.  
Qeyd edək ki, reytinq siyahısı son 5 mövsümdə ölkələrin klublarının avrokubokdakı çıxışına əsasən tərtib olunub.

18.01.2018 12:55 / Baxılıb: 141 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
    15.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo