20 Yanvar faciəsini törətməkdə məqsəd Azərbaycan xalqının milli oyanışını məhv etmək idi

“20 Yanvar faciəsini törətməkdə məqsəd Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, azadlığı uğrunda mübarizliyini məhv edib sarsıtmaq idi. Amma bu baş vermədi. Xalqımızın igid, qəhrəman övladları şəhidlik zirvəsinə ucalaraq ölməzlik qazandılar”. 

Məlumata görə, bunu DTX-nın rəis müavini, general mayor İlqar Musayev bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 Yanvardan bu günədək" mövzusunda tədbirdə çıxışında bildirib. O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində dövlət başçısı İlham Əliyev tərəfindən geniş iş aparılır: "Azərbaycan bu yöndə dövlət səviyyəsində böyük siyasi-diplomatik iradə və əzm nümayiş etdirir. Ölkənin ordu quruculuğu işləri uğurla davam etdirilir. Aprel döyüşləri də buna bariz nümunədir. Həmin qanlı tarixdən illərin keçməsi o günün tarixi əhəmiyyətini və dəyərini daha dərindən dərk etdirir". 
Tədbirdə Azərbaycanın müstəqillik mübarizəsinə, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik siyasətinə həsr olunan video-film nümayiş olunub. 
"Şəhid anaları" Xeyriyyə Mərkəzinin sədri, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova və digər çıxış edənlər həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə sədaqətini bütün dünyaya bəyan edib. 
Tədbirdə 20 Yanvar şəhidlərinin, Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvləri, müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər. (trend)

18.01.2018 11:35 / Baxılıb: 198 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo