Aİ-Türkiyə görüşü: Brüssel bunun sayəsində Ankara ilə münasibətlərini yaxşılaşdıracaq

Ləman Hüseynzadə / AZADİNFORM. Avropa İttifaqı və Türkiyə arasında martın sonunda yüksək səviyyədə görüş keçirilməsi planlaşdırılır.

Azadinform xəbər verir ki, Brüsselin bu görüş sayəsində Ankara ilə münasibətlərini yaxşılaşdırmaq istədiyi iddia edilir. Məlumata görə, görüşdə əsas müzakirə mövzusunun beynəlxalq terrorizmlə mübarizə, miqrasiya siyasəti, energetika problemi və tələbə mübadiləsi olacağı gözlənilir.

Qeyd edək ki, Aİ-Türkiyə görüşünün Prezident Rəcəb Tayyib Ərdoğan, Avropa Komissiyasının sədri Jan Klod Yunker, Avropa Şurasının sədri Donald Tusk, Avropa Parlamentinin sədri Antonio Tayani, Bolqarıstan Baş naziri Boyko Borisovun iştirakı ilə keçiriləcəyi bildirilir.

18.01.2018 11:20 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo