Öldükdən 3,5 saatdan sonra ayıldı

Samir Soltanov/AZADİNFORM. Türkiyənin İstanbul şəhərində maraqlı hadisə yaşanıb. 

Azadinform xəbər verir ki, İstanbulda halı pisləşən bir şəxs təcili xəstəxanaya çatdırılıb. Xəstədə nəfəs çatışmamazlığı və ürək döyüntüsünün dayandığını görən həkimlər 40 dəqiqə ərzində şəxsi həyata qaytarmağa çalışıblar. Nəticə əldə edilmədiyinə görə saat 11:00-da xəstənin öldüyünü qeyd ediblər. Daha sonra isə meyiti morqa aparıblar. Saat 14:30-da cənazəni götürməyə gələn qohumlar ölən şəxsin nəfəs aldığını görüblər. Həmin şəxs təcili olaraq yenidən reanimasiya şöbəsinə qaldırılıb. Buna baxmayaraq 10 gün sonra yenidən dünyasını dəyişib. 

18.01.2018 10:40 / Baxılıb: 185 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo