İran və Türkiyədə zəlzələ olub

Adəm Abbaslı/AZADİNFORM. Türkiyənin qərb bölgəsində 3,6 bal gücündə zəlzələ baş verib.

Azadinform xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 01:06-da qeydə alınan yeraltı təkanların episentri Muğla vilayətinin Ula rayonundan 12  km şərqdə, ocağı isə 1 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

İran-İraq sərhədində isə 3,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə də Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 06:24-dı qeydə alınan yeraltı təkanların episentri İlam şəhərindən 64 km qərbdə, ocağı isə 7 km dərinlikdə yerləşib.

Bundan əvvəl isə, yerli vaxtla saat 05:46-da ölkənin mərkəzi bölgəsində 4,5 maqnitudalı zəlzələ olub.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

18.01.2018 09:55 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo