110 cinayət faktından 19-u isti izlərlə açılıb

Adəm Abbaslı/AZADİNFORM. Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 17-dən 18-dək 110 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

18.01.2018 09:50 / Baxılıb: 132 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo