Bakıda avtobusla motosiklet toqquşub

Adəm Abbaslı/AZADİNFORM. Paytaxtın Xəzər rayonunda yol nəqliyyat hadisəsinin baş verib.

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən xəbərə görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən “Daewoo” markalı avtobus ilə motosiklet toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobusun altında sıxılmış vəziyyətdə qalmış motosikletin sürücüsünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.​

18.01.2018 09:10 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo