"Afrində əməliyyat gözlənilmədən olacaq"

Türkiyə ordusu Suriyanın şimalındakı Afrin bölgəsində hərbi əməliyyatı qəflətən keçirəcək.

Azadinform Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin köməkçisi Bəkir Bozdağ deyib.

O, qeyd edib ki, Suriya sərhədindən Türkiyəyə qarşı yönəlmiş istənilən təhdidin qarşısını almaq, ölkənin təhlükəsizliyini qorumaq üçün Afrin və digər bölgələrdə hökumət tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə öz hüququnu qorumaq üçün addımlar atacaq. 

"Bu, nə zaman olacaq? Qəflətən", - deyə B.Bozdağ bildirib.

O, ABŞ-ın kürd silahlılarına silahı İŞİD-i məhv etmək üçün verməsi ilə əsaslandırmasını bəhanə adlandırıb. 

17.01.2018 23:59 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo