Polis avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb

Astanada sərxoş polis əməkdaşı idarə etdiyi “Porsche Cayenne” markalı avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb.

Azadinform-un xəbərinə görə, bu barədə Astana Daxili İşlər Departamentinin (DİD) mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, qəza zamanı avtomobildə sərnişin qismində olan Astana DİD-in yüksək rütbəli zabiti hadisə yerindən qaçıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

17.01.2018 23:25 / Baxılıb: 166 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo