Ukraynada qızılca xəstəliyindən ölənlərin sayı artır

Ukraynada qızılca xəstəliyindən daha bir nəfər ölüb.

Azadinform xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Son bir ildə Ukraynada qızılca xəstəliyindən 7 nəfər ölüb ki, onlardan da 4-ü uşaqdır.

Ötən il ölkədə 4782 nəfər qızılca xəstəliyinə tutulub. Bu ilin yanvar ayı ərzində isə artıq 1285 nəfər bu xəstəliyə yoluxub.

Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, ölkədə qızılcaya qarşı 500 min flakondan çox vaksinasiya var. Apreldə UNICEF Ukraynaya daha 1 milyon flakon vaksinasiya göndərəcək.

17.01.2018 23:17 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2018
    21.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo