Meksikada 50 avtomobil toqquşub

Meksikada havaların kəskin soyuması 50 avtomobilin toqquşmasına səbəb olub.

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, hadisə Koauila ştatında, Saltilo şəhərində baş verib.

Məlumata görə, qəzalar nəticəsində 20 nəfər xəsarət alıb. Bildirilir ki, şəhərin yolları buz qabığıyla örtülüb. Bəzi ərazilərdə temperatur mənfi 5 dərəcəyə qədər düşüb.

Meksikanın hakimiyyət orqanları əhaliyə şəxsi avtomobillərdə və başqa nəqliyyat növlərində səfərlərdən çəkinməyi məsləhət görüb.

17.01.2018 22:37 / Baxılıb: 127 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2018
    21.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo