Ağdamda iki avtomobil toqquşub, xəsarət alan var

Ağdamda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Əhmədağalı kəndi ərazisində baş verib.

1985-ci il təvəllüdlü Gözəlov Tural Məhəmməd oğlu idarə etdiyi “VAZ-2106” markalı “02 BR 489”  qeydiyyat nömrə nişanlı minik maşını ilə hərəkətdə olarkən  “10 LZ 874” dövlət nişanlı “QAZEL” markalı maşınla toqquşub.

Nəticədə “VAZ” markalı maşının sahibi T.Gözəlov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır. (apa)

17.01.2018 21:48 / Baxılıb: 132 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo