Bitcoinin dəyəri 10 min dollardan aşağı düşüb

“Bitcoin”in dəyəri 10 min dollardan aşağı düşüb.

Azadinform xəbər verir ki, bu, “Coindesk” portalındakı rəqəmlərdə öz əksini tapıb.

Belə ki, 2017-ci ilin noyabrından bəri ilk dəfə bu gün “Bitcoin”in qiyməti 9,707 dollara enib. Ötən ilin dekabrında isə “Bitcoin” rekord həddə - 20 min dollara qədər bahalaşıb.

Qeyd edək ki, Çin və Cənubi Koreyanın “Bitcoin”lə əməliyyatların aparılmasını məhdudlaşdırmaq və ya qadağan etmək istəyi ilə bağlı yayılan xəbərlər bu kriptovalyutanın ucuzlaşmasına səbəb olub. 

17.01.2018 21:23 / Baxılıb: 140 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo