Bağdadda iki partlayış baş verib, ölən və yaralananlar var

Bu gün İraqın paytaxtı Bağdadda baş verən iki partlayış nəticəsində 8 nəfər ölüb və ya yaralanıb.

Bu barədə Azadinform "Iraqinews.com" saytına istinadən xəbər verir.

Təhlükəsizlik xidmətindəki mənbənin verdiyi məlumata görə, paytaxtın şimalında Əl-Tərmiyyə bölgəsindəki partlayışda 3 nəfər yaralanıb. Əl-Madain bölgəsində baş verən partlayış zamanı isə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

17.01.2018 20:37 / Baxılıb: 141 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo