Kataloniya parlamentinə yeni sədr seçildi

İspaniyanın Kataloniya Muxtar Vilayətinin parlamentinin yeni sədri vəzifəsinə Solçu Respublika Partiyasından olan deputat Roje Turren seçilib.

Azadinform İspaniyanın "El Mundo" qəzetinə istinadən xəbər verir ki, R.Turrenin lehinə 65, onun ispanmeyilli "Vətəndaşlar" partiyasından olan rəqibi Xose Mariya Espexo-Saavedranın lehinə isə 56 deputat səs verib.

Səsvermədə hazırda həbsdə olan katalon siyasətçilər də iştirak ediblər. Onlar səs hüquqlarını iclasda iştirak edən parlamentarilərə ötürüblər.

Bu gün Kataloniyada yeni çağırış parlamentin işinə start verilib. İlk iclasa ənənəvi olaraq ən yaşlı deputat Ernest Maragay rəhbərlik edir.

Qeyd edək ki, Kataloniya parlamentinin əvvəlki tərkibi 2017-ci il oktyabrın 27-də Kataloniyanın İspaniyadan ayrılması cəhdindən sonra buraxılmışdı.

17.01.2018 20:26 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo