Cənubi Koreya və KXDR açılış mərasiminə vahid bayraq altında qatılacaq

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) 2018-ci il Qış Olimpiya Oyunlarının açılış mərasimində ümumi bayraq altında iştirak edəcəklər.
Azadinform xəbər verir ki, bu barədə tərəflər arasında son 10 gündə ikinci dəfə keçirilmiş görüşdə razılıq əldə olunub. Anlaşmaya əsasən, 9 – 25 fevralda Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək olimpiadada KXDR-in nümayəndə heyətinin tərkibində dövlət rəsmilərinin, xüsusi səhnəciklər nümayiş etdirəcək 30 taekvondoçunun və 230 azarkeşin yer alacağı gözlənilir.
Həmçinin Paralimpiya Oyunlarında KXDR-in, ümumilikdə, 150 nəfərlə, o cümlədən idmançılarla təmsil olunacağı bildirilir. Daha bir razılıq iki ölkə xizəkçilərinin birgə məşqlərinin keçirilməsinə dair əldə edilib. Tərəflər iki ölkənin qadınlardan ibarət yığmalarının vahid komanda tərkibində çıxış etmələrinə dair razılığa da gəliblər. 
Qeyd edək ki, sonuncu dəfə Cənubi Koreya və KXDR idmançıları 2006-cı ildə İtaliyanın Turin şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində ümumi bayraq altında iştirak ediblər.
17.01.2018 19:58 / Baxılıb: 136 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo